21 
İyn
2018
21:21
68
219
4551
Virtual karabakh

“Mis Britaniya”nın meyiti tapılıb

21 İyn, 2018
21:21
4551

“Mis Britaniya”nın meyiti tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2009-cu ildə “Miss Britaniya” titulunu qazanmış tanınmış ingilis model Sofi Qradon Portelnd şəhərindəki şəxsi evində ölü vəziyyətdə aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

32 yaşlı modelin ölümünü yerli polis də təsdiqləyib. 

Müstəntiqlər hələlik onun ölümü ilə bağlı hər hansı şübhəli hallar aşkarlamayıb. Bununla belə rəsmi olaraq ölüm səbəbi açıqlanmır.

Son vaxtlar “Sevgi adası” şousunda iştirakından sonra sevgilisinə xəyanət etməsi ilə yerli “sarı mətbuatın” gündəminə gəlmişdi. Mətbuata verdiyi açıqlamada tənqidlərə rəğmən peşman olmadığını və “əhlikef  həyat tərzinə üstünlük verdiyini bildirmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri