22 
İyn
2018
09:50
15
90
2378
Virtual karabakh

Ağ Ev Melaniya Trampa bəraət qazandırmalı oldu

22 İyn, 2018
09:50
2378

Ağ Ev Melaniya Trampa bəraət qazandırmalı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın Texas ştatına səfəri zamanı geyindiyi gödəkçə qalmaqal yaradıb.

Səfər çərçivəsində qeyri-leqal miqrantların övladları ilə görüşməli olan Melaniyanın gödəkçəsinin üzərinə “Əslində, mənim vecimə deyil. Bəs sizin?” ifadəsi yazılıb.

Ağ Ev məsələ ilə bağlı açıqlama verərək, burada heç bir məna olmadığını bildirib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb. 

Məlumatda bildirilib ki, birinci xanım Vaşinqtonun Endryus hərbi bazasında təyyarəyə əyləşərkən o, dəyəri 39 dollar olan və “Zara” şirkətinə məxsus yaşıl gödəkçədə olub.

Gödəkçənin arxasında isə “I really don`t care. Do U?” (Əslində, mənim vecimə deyil. Bəs sizin?) ifadəsi yazılıb. 

Texasda Melaniya gödəkçəni çıxarıb və ağ köynəkdə olub. Geri qayıdan zaman isə yenidən onu geyinib.

Bir çox ABŞ mətbuatı yazının, əslində, Melaniya Trampın miqrantların övladlarının əzablarına qarşı əsl münasibətini göstərdiyini yazıb. 

Donald Tramp isə həyat yoldaşının tərəfini tutaraq, bu yazının Melaniyanın yalan informasiyalara qarşı münasibətini göstərdiyini deyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri