22 
İyn
2018
17:09
145
34
2233
Virtual karabakh

Almaniyada sovet əsirlərinə heykəl qoyulub - FOTO

22 İyn, 2018
17:09
2233

Almaniyada sovet əsirlərinə heykəl qoyulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Dünya Müharibəsi illərində əsir düşən və ölən sovet vətəndaşlarına Frankfurt-na-Maynda heykəl qoyulub.  

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, abidə aralarında 80 uşağın da olduğu 600 sovet əsirinin dəfn edildiyi qəbiristanlıqda yerləşir. 

Layihə Sankt-Peterburqdan olan arxeoloqlar tərəfindən hazırlanıb, alman həmkarları isə layihəni daşa köçürüb. 

Xatırladaq ki, 1941-ci il iyunun 22-də İkinci Dünya Müharibəsi başlayıb. Müharibə 1418 gün davam edib və 1945-ci il mayın 9-da başa çatıb. 

Sovet İttifaqı müharibədə 26 milyon vətəndaşını itirib. Onlardan çoxu dinc sakinlərdir.

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri