22 
İyn
2018
19:51
58
192
2143
Virtual karabakh

Gürcüstan Marsı şərabı ilə “fəth edəcək” - VİDEO

22 İyn, 2018
19:51
2143

Gürcüstan Marsı şərabı ilə “fəth edəcək” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan “Qırmızı planeti” milli şərabı ilə fəth etmək niyyətindədir.

Oxu.Az “Ren TV”yə istinadən xəbər verir ki, bir qrup alim və ekspertlər Marsın mənimsənilməsi üzrə layihəyə qoşulub.

Tbilisi Qırmızı planetin kolonizasiyasına öz töhfəsini özünəməxsus şəkildə verməyi planlaşdırır. Gürcülər Marsda üzüm tənəkləri yetişdirəcək.

Artıq xüsusi şaquli istixana hazırlanıb. Onun sınaqları bu ilin sentyabr ayından etibarən aparılacaq.

Marsda xüsusi növ üzüm növü yetişdiriləcək. Müstəmləkəçilər planetdə üzüm tənəyi yetişdirməyə nail olsa bu təkcə kosmik fəzada böyük hadisəyə çevrilməyəcək, eyni zamanda 8 min il tarixi olan Gürcüstan üzümçülüyündə yeni səhifəni açmış olacaq.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri