23 
İyn
2018
12:57
177
40
1468
Virtual karabakh

İtaliyada Avropa Birliyinin dağılacağını proqnozlaşdırdılar

23 İyn, 2018
12:57
1468

İtaliyada Avropa Birliyinin dağılacağını proqnozlaşdırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Birliyinin gələcəyi qumara qoyulub və yaxın bir neçə ildə buna aydınlıq gətiriləcək. 

Oxu.Az xəbər verir ki, bu sözləri “Spiegel” nəşrinə müsahibəsində İtaliya xarici işlər naziri, baş nazirin müavini Matteo Salvini deyib. 

“Yaxın illərdə məlum olacaq ki, vahid Avropa qalacaq ya yox”, - o bildirib. 

Nazir qeyd edib ki, İtaliya daha ölkəyə miqrantları ölkəyə buraxa bilməz.

“Biz heç bir nəfəri də qəbul edə bilmərik. Əksinə bir neçə miqrantı göndərmək istərdik”, - o əlavə edib. 

Ötən həftənin sonlarında İtaliya və Malta göyərtəsində 600 miqrant olan Aquarius gəmisini qəbul etməmişdi. Nəticədə onları İspaniyaya göndərmişdilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri