23 
İyn
2018
17:10
32
241
3403
Virtual karabakh

Putin, Əsəd və Maduro separatçıların yubileyinə dəvət olundu

23 İyn, 2018
17:10
3403

Putin, Əsəd və Maduro separatçıların yubileyinə dəvət olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qondarma “Cənubi Osetiya Respublikası”nın rəhbəri Anatoliy Bibilov  “müstəqilliyin” 10-cu ildönümünün qeyd olunması ilə bağlı bir sıra dövlət başçılarını bölgəyə dəvət edib.

Oxu.Az xəbər verir ki, bu haqda “İzvestiya” məlumat yayıb.

Dəvət alanlar arasında Rusiya prezidenti Vladimir Putin, Venesuela prezidenti Nikolas Maduro, Nikaraqua prezidenti Daniel Orteqa və Suriya prezidenti Bəşər Əsəd yer alır.

Tədbirə eyni zamanda digər separatçı rejimlərin, o cümlədən “Abxaziya Respublikası”, “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” , “Dnestryanı Moldova Respublikası”nın rəhbərliyi, həmçinin Qarabağın işğalçı rejiminin lideri dəvət alıb.

Xatırladaq ki, Rusiya 2008-ci ildə Abxaziya və və Cənubi Osetiyanın “müstəqilliyini” rəsmi olaraq tanıyıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri