24 
İyn
2018
15:30
420
68
2422
Virtual karabakh

Ərdoğan səs verdi

24 İyn, 2018
15:30
2422

Ərdoğan səs verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə keçirilən parlament və prezident seçkilərində iştirak edib.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan və ailə üzvləri ilə birlikdə səs verib.

Dövlət başçısı bildirib ki, seçicilərin seçkilərdə iştirak səviyyəsi yaxşıdır. Onun sözlərinə görə, hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri