27 
İyn
2018
16:56
36
166
5187
Virtual karabakh

Üçüncü Dünya Müharibəsinin “ayaq səsləri” haradan gəlir?

27 İyn, 2018
16:56
5187

Üçüncü Dünya Müharibəsinin “ayaq səsləri” haradan gəlir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ, Çin və Rusiya arasındakı gizli silahlanma yarışı kosmosda Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Wired” nəşri məlumat yayıb. 

Bildirilib ki, hərbi nümayəndələr Yerin orbitini yeni “döyüş sahəsi” adlandırırlar. Misal üçün, ABŞ Milli Kəşfiyyatının sabiq direktoru Ceyms Klepper ABŞ-ın əleyhdarlarının kosmik potensialının artırılmasını ölkə üçün əsas strateji təhlükə adlandırıb. 

Bundan əvvəl, Klepperin varisi Den Kouts da Rusiya və Çinin kosmosdakı potensialını artırmasını təhlükə hesab edib.

Nəşr yazır ki, kosmos artıq yeni hərbi əməliyyatlar zonasına çevrilib. Hazırda planetimizin ətrafında xeyli sayda obyekt fırlanır. Alimlərin fikrincə, bir müddtət sonra onların sayı elə həddə çatacaq ki, iki nəhəng obyektin toqquşması ciddi problemlərə səbəb olacaq. 

Nəşr hesab edir ki, ABŞ, Rusiya və ya Çinin kosmik obyektinin məhvi təcavüz aktı kimi dəyərləndirilə və müharibə elan edilə bilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri