28 
İyn
2018
22:27
234
27
4813
Virtual karabakh

Rəsmi Ankara “S-400”lərin aqibəti barədə

28 İyn, 2018
22:27
4813

Rəsmi Ankara “S-400”lərin aqibəti barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksləri alması ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiqinin mümkünlüyü məsələsini şərh edib.

Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

“Türkiyənin suveren ölkə olaraq bu məsələlərdə müstəqil qərar vermək hüququ var. Müdafiə sistemləri və texnologiyalarını kimdən və haradan alacağına Türkiyə özü qərar verir”, - deyə mətbuat katibi “Bloomberg” telekanalına verdiyi müsahibədə bildirib.

Kalının sözlərinə görə, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar qəbul etsə, Ankara buna adekvat cavab verəcək.

Mətbuat katibi əmin edir ki, belə bir addım Türkiyəni öz mövqeyindən daşındırmayacaq, əksinə  ikitərəfli münasibətlərə ağır zərbə vurmuş olacaq.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri