29 
İyn
2018
22:45
327
53
6128
Virtual karabakh

Koreyalıları lağa qoydular, efirdən qovuldular - VİDEO

29 İyn, 2018
22:45
6128

Koreyalıları lağa qoydular, efirdən qovuldular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın ispan dilli “Telemundo” telekanalının əməkdaşları efir məkanında irqçi jestlərə görə işdən kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu haqda “USA Today” məlumat yayıb

İnsident futbol üzrə dünya çempionatında Cənubi Koreya yığmasının Almaniya millisi üzərində qələbəsindən sonra baş verib.

Studiyanın meksikalı futbolçuların formasında olan qonaqları Cənubi Koreyanın qələbəsini bayram edib.

Efir zamanı aparıcı Ceymz Taxan gözlərinin kənarlarını əli ilə dartaraq, asiyalıları təqlid etməyə çalışıb. Onun həmkarı Cenis Benkosme də bu hərəkəti təkrarlayıb.

Tamaşaçılar onların bu hərəkətinə mat-məəttəl qalıb.

Aparıcılar sonradan üzrxahlıq etsələr də, kanal rəhbərliyi onları bu qeyri etik efir davranışına görə bağışlamayıb.

F.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri