30 
İyn
2018
16:42
46
401
2673
Virtual karabakh

Tramp Səudiyyə kralını neftin hasilatını artırmağa vadar etdi

30 İyn, 2018
16:42
2673

Tramp Səudiyyə kralını neftin hasilatını artırmağa vadar etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman əl Saudla telefon danışığında neft hasilatını müzakirə edib.

Oxu.Az xəbər verir ki, bu haqda Ağ Ev rəhbəri öz “Twitter” hesabında məlumat paylaşıb.

“Elə indicə Səudiyyə Ərəbistanı kralı Salmanla telefonla danışdım. İran və Venesuelladakı gərinliklə əlaqədar Səudiyyə Ərəbistanı rəhbərliyindən gündəlik neft hasilatını 2 milyon barelə qədər qaldırmağı xahiş etdim.”, -deyə Tramp yazır.

Onun sözlərinə görə, Səudiyyə kralı bu təkliflə razılaşıb.

Xatırladaq ki, iyunun 23-də “OPEK+” toplantısının iştirakçıları neft hasilatının günə 1 milyon barelə qədər artırılması ilə bağlı ümumi razılığa gəlib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri