İyl
2018
15:13
152
46
4211
Virtual karabakh

İran İsraili “bulud oğurluğunda” ittiham etdi

3 İyl, 2018
15:13
4211

İran İsraili “bulud oğurluğunda” ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın mülki müdafiə idarəsinin rəhbəri Qolamrez Cəlali İsraili iqlim müharibəsini qızışdırmaqda ittiham edib. 

Oxu.Az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, məmur aqrar rayonlarda mülki müdafiə məsələləri üzrə konfransda çıxışı zamanı bunu dilə gətirib. 

Builki quraqlıqdan danışarkən Cəlali bildirib ki, iranlı alimlər ölkədə iqlim dəyişikliyinə səbəb kimi xarici təsirləri göstərib. Belə ki, 2200 metr yüksəklikdə qar əriyib, bəzi ərazilərdə yağışlar dayanıb. 

Cəlalinin fikrincə, İsrail buna təsir edir, İranı düşmən bilən ölkələr isə buludları “oğurlayır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri