İyl
2018
17:23
257
55
3138
Virtual karabakh

Misirliləri təhqir etdi, 11 il həbs cəzası aldı

7 İyl, 2018
17:23
3138

Misirliləri təhqir etdi, 11 il həbs cəzası aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qahirə məhkəməsi Livan vətəndaşı Mona əl-Məzbuhu 11 il həbs cəzasına məhkum edib.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, buna səbəb onun yaydığı video olub. Belə ki, qadının videodakı çıxışı Misir xalqının təhqiri kimi qiymətləndirilib.

Qadın iddia edirdi ki, Misirə çoxsaylı səfərləri zamanı həmişə paytaxt küçələrində təhqirlərə məruz qalıb. Bu isə,onun sözlərinə görə, misirlilərin mədəniyyətsizliyindən xəbər verir.

Mona əl-Məzbuh sonradan bu videonu pozmuş, digər bir video çəkərək Misir xalqından üzr istəmişdi. Lakin bu addım ona cəzadan qurtulmağa kifayət etməyib.

Livanlı qadın Misiri tərk etmək istəyərkən Baş Prokurorluğun göstərişi ilə iyunun 1-də həbs edilmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri