İyl
2018
10:06
67
593
4781
Virtual karabakh

Yaponiyada təbii fəlakət qurbanlarının sayı artır - YENİLƏNİB

9 İyl, 2018
10:06
4781

Yaponiyada təbii fəlakət qurbanlarının sayı artır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada 100-dən çox insan leysan yağışlar və torpaq sürüşməsi nəticəsində həlak olub. 50 nəfərin taleyi ilə bağlı heç bir məlumat yoxdur. 

Oxu.Az xəbər verir ki, bununla bağlı BBC News məlumat yayıb. 

Məlumatlara görə, iyulun 5-dən başlayan güclü yağış aylıq normadan 3 dəfə çox olub. Hökumət 2 milyon sakinə evakuasiya olunma əmri verib. 

Xilasedicilər insanların axtarışını davam etdirir. Qeyd edilib ki, güclü yağışlar ən çox Xirosima prefekturasına ziyan vurub. 

18:34 (8 iyul)

Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb, 60 nəfər itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, ölənlərin əksəriyyəti Honsyu adasındakı  Xirosima və Sikoku adasındakı Exime əyalətlərinin sakinləridir.

14:14

Yaponiyada leysan yağışlar və onun törətdiyi sürüşmələr nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Oxu.Az-ın “Kiodo” nəşrinə istinadla verdiyi xəbərinə görə, təbii fəlakət zamanı daha 60 nəfər itkin düşmüş hesab edilir.

Vəziyyətlə bağlı baş nazir Sindzo Abe fövqəladə iclas keçirib.

“Hazırda gərgin mübarizə aparırıq. Çoxlu sayda insanın həyatı təhlükədədir. Onların xilası üçün hər kəs səfərbərdir”.

19:54 (7 iyul)

Yaponiyanın Baş Meteoroloji İdarəsi Qifu və Kioto prefekturalarında leysan yağışları ilə əlaqədar olaraq xüsusi rejim elan edib.

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu cür rejim on ildə bir dəfə keçirilən fövqəladə vəziyyət zamanı tətbiq edilir.

Yaponiyanın cənub-qərbində və mərkəzi rayonlarına yağan leysan yağışlarına görə, 70 aviareys təxirə salınıb. Hökumət 3 milyon sakinin təxliyyə edilməsini tapşırıb.

Cümə günündən yağan güclü yağışlara görə, 47 nəfər həlak olub, 5 nəfər huşsuz vəziyyətdədir. Daha 47 nəfər isə itkin düşüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri