17 
İyl
2018
00:00
66
112
4382
Virtual karabakh

Makkeyn: Helsinki sammiti “faciəvi səhvdir”

17 İyl, 2018
00:00
4382

Makkeyn: Helsinki sammiti “faciəvi səhvdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikanın nüfuzlu senatorlarından olan Con Makkeyn ABŞ  və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin sammitini “faciəvi səhv” adlandırıb.

Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.

“Bu gün Helsinkidə baş tutan mətbuat konfransı Amerika prezidentinin insanlar xatırladığı ən biabırçı çıxışlarından biri idi”, - Makkeynin yazılı bəyanatında deyilir.

Onun fikrincə, Trampın atdığı addımdan dəyən zərəri hesablamaq çətindir:

“Prezident Tramp nəinki Putinə müqavimət göstərə bilmədiyini, hətta bunu etmək istəmədiyini də nümayiş etdirdi. Belə təsəvvür yaranırdı ki, Putinlə Tramp eyni ssenari üzrə çıxış edirdilər”.

Makkeyn qeyd edib ki, baş verənləri hazırlıqsızlıq və təcrübəsizlik kimi amillərlə izah etmək düzgün deyil:

“Bu, prezidentin şüurlu seçimi idi. Deyəsən o, Putin rejimi ilə isti münasibətlərə dair hallyusinasiyalarını reallığa çevirmək niyyətindədir”.

Onun sözlərinə görə, Helsinkidə Trampı təcrübəli məsləhətçilər müşaiyyət etsələr də, prezident “ağrılı və izaholunmaz səhvlər və güzəştlərə yol verdi”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri