21 
İyl
2018
11:37
131
86
3067
Virtual karabakh

Tramp yenə Çindən əl çəkmir

21 İyl, 2018
11:37
3067

Tramp yenə Çindən əl çəkmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp yenə Çini hədəf alıb. O, bəyan edib ki, Çindən idxal edilən 500 milyard dollarlıq malların hamısına yeni tariflər tətbiq etməyə hazırdır. Artıq maliyyə bazarları onun bu bəyanatına mənfi reaksiya verib.

Oxu.Az-ın  xəbərinə görə, CNBC televiziya kanalına müsahibəsində iki ölkə arasında ticarət kəsirindən danışan Tramp vurğulayıb ki, rüsumları 500 milyard dollara qaldırmağa hazırdır.

ABŞ hökumətinin məlumatına görə isə 2017-ci ildə Çindən Birləşmiş Ştatlara 505 milyard dollarlıq mal ixrac edilib ki, bu da ticarət balansında 376 milyard dollaradək kəsir yaradıb.

Tarazlığın pozulmasının miqyasının artması 2018-ci ildə də davam edib. Belə ki, cari ilin beş ayı ərzində Çindən idxalın həcmi 205 milyard dollara, kəsir isə 152 milyard dollara çatıb.

Trampın öz sələfləri ilə müqayisədə ticarətdə tutduğu daha proteksionist mövqe bütün dünya ölkələri tərəfindən cavab tədbirləri ilə qarşılanır.

Bundan əvvəl də ABŞ Çin mallarının idxalına 34 milyard dollar rüsum tətbiq etmişdi.

Pekin Vaşinqtonun bu addımına adekvat cavab vermiş və amerikan mallarına eyni məbləğdə tariflər qoymuşdu.

Hazırda Birləşmiş Ştatların polad və alüminiuma tətbiq etdiyi yeni tariflərə cavab olaraq Çin, Avropa İttifaqı, Kanada, Meksika və Türkiyənin cavab tədbirləri müzakirə edilir.

K. HƏMİDLİ
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri