23 
İyl
2018
09:13
193
337
6296
Virtual karabakh

Son sutka ərzində İranda dördüncü zəlzələ - YENİLƏNİB

23 İyl, 2018
09:13
6296

Son sutka ərzində İranda dördüncü zəlzələ - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın cənub-şərqindəki Kirman əyalətində bu gün maqnitudası 5,8 olan növbəti zəlzələ baş verib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, yerli vaxtla 01:09-da qeydə alınan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə olub. 

Ümumilikdə, son sutka ərzində baş verən zəlzələlər nəticəsində 287 nəfər yaralanıb, 43 kənd zərər görüb, 101 bina tamamilə dağılıb.

22.07.2018, 17:27

İranda növbəti dəfə zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, İranın qərbindəki Kirmanşah əyalətində qeydə alınan zəlzələ 5,9 bal gücündə olub. 

Nəticədə 26 nəfər xəsarət alıb.

12:34

Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.

Oxu.Az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri