23 
İyl
2018
01:23
70
139
6363
Virtual karabakh

Yerevan Ermənistandakı rusiyalı hərbçilərin statusunu dəyişir

23 İyl, 2018
01:23
6363

Yerevan Ermənistandakı rusiyalı hərbçilərin statusunu dəyişir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək.

Oxu.Az-ın verdiyi xəbərə görə, belə sensasiyalı bəyanatla bazar günü Ermənistanın yeni müdafiə naziri David Tonoyan çıxış edib.

“Bunlar daşda yonulmuş sənədlər deyil və vaxt ötdükcə problemlər yaranır, hansılar ki, hüquqi və müqavilə dəyişiklikləri tələb edir. Və bu, əlbəttə, həyata keçiriləcək”, — deyə David Tonoyan Yerevanda jurnalistlərə bildirib.

Nazir Tonoyan Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna, hansı ki, 1992-ci ilin yanvarında, SSRİ-nin dağılmasından və Ermənistanın müstəqillik bəyannaməsi qəbul etməsindən sonra imzalanıb, konkret nə kimi dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib. Amma izah edib ki, Şirak əyalətinin Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə bu yaxınlardakı hadisə dəyişiklikləri sürətləndirə bilər.

Xatırladaq ki, ötən çərşənbə axşamı Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və s. hərbi hazırlıq əməliyyatları keçiriblər. Bu yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurub.

Rusiya qəzeti “Kommersant” qeyd edir ki, Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna yenidən baxılması haqda müdafiə naziri David Tonoyanın bəyanatı bu ölkənin müstəqilliyinin ilk illərindən bəri respublikada olan Rusiya hərbçilərinin ünvanına səslənən ən sərt fikirdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri