25 
İyl
2018
12:47
48
202
5973
Virtual karabakh

Yunanıstanda alov çənbəri: 77 nəfər həlak oldu - FOTO/VİDEO

25 İyl, 2018
12:47
5973

Yunanıstanda alov çənbəri: 77 nəfər həlak oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanda baş verən son on ilin ən güclü yanğını nəticəsində 77 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb. 

Oxu.Az xəbər verir ki, bir çox turistlər və yerli sakinlər yanğından qorunmaq üçün dənizə üz tuturlar, “tələyə düşənlər” isə qucaqlaşaraq, həlak olurlar. 

Ölənlərdən əksəriyyəti yunanlar arasında təqaüdçülərin və uşaqların istirahət məkanı kimi tanınan Mati kəndində olub. Burada 26 nəfər həyatını itirib.

“Onlar yanğından xilas olmağa çalışsalar da, buna nail olmayıblar. “Tələyə düşdüklərini” anladıqda isə qucaqlaşaraq ölüblər”, - Yunanıstan Qırmızı Xaç Cəmiyyətinin rəhbəri Nikos Ekonompulos deyib. 

Yunanıstan baş naziri Aleksis Tsipras yardım üçün Avropa Birliyi ölkələrinə müraciət edib. İtaliya, Almaniya, Polşa və Fransa artıq bu ölkəyə yardım göndəriblər. 

Ölkədə üç günlük matəm elan olunub. 

 

#rafina#fire #athens

Публикация от miki agam (@miki_agam)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri