25 
İyl
2018
20:19
12
104
4034
Virtual karabakh

“Ferrari” rəhbərinin təqaüdü qara gəldi

25 İyl, 2018
20:19
4034

“Ferrari” rəhbərinin təqaüdü qara gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fiat Chrysler Automobiles”in (“Ferrari”, “Jeep” и “Alfa Romeo” brendlərinə malikdir) sabiq başçısı Sercio Markyonne Sürix xəstəxanasında dünyasını dəyişib.

Oxu.Az “BBC News”a istinadla xəbər verir ki, hadisə onun baş direktor vəzifəsindən gedişindən 5 gün sonra baş verib.

İyunun sonlarında çiynindən sadə cərrahiyə əməliyatı keçirilməsi üçün xəstəxanaya yerləşdirilən 66 yaşlı Markyonne gözlənilmədən komaya düşüb. Həkimlər daha sonra onun ciyərlərində şiş aşkarlayıblar.

Markyonne 2004-cü ildən rəhbərlik etdiyi “Fiat Chrysler Automobiles” (FCA) şirkətinin baş direktor postunu iyulun 21-də tərk edərək təqaüdə çıxıb. Onun rəhbərliyi dövründə şirkətin maliyyə vəziyyəti xeyli yaxşılaşmışdı.

Markyonne istirahət etmədən hər gün 12-14 saat çalışırdı və əməkdaşlarından da bunu tələb edirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri