25 
İyl
2018
21:10
32
234
13864
Virtual karabakh

“Instagram”ın ən “bahalı” qadını müəyyənləşdi

25 İyl, 2018
21:10
13864

“Instagram”ın ən “bahalı” qadını müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı modelyer və iş adamı Kayli Cenner “Instagram Rich List 2018”də ən bahalı istifadəçilər arasında birinci olub.

Oxu.Az “Hopper HQ”yə istinadla xəbər verir ki, 20 yaşlı qadının şəxsi hesabındakı bir paylaşımın qiyməti bir milyon dollar təşkil edir.

Sözügedən sıralamada ötənilki reytinqin lideri aktrisa Selena Qomes ikinci (800 min dollar), futbolçu Kriştianu Ronaldu üçüncü (750 min dollar), Kayli Cennerin bacısı Kim Kardaşyan isə dördüncü (720 min dollar) pillələrdə qərarlaşıblar.

Hazırda Kayli Cennerin “Instagram” səhifəsinin 111 milyon abunəçisi var.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri