26 
İyl
2018
00:40
42
32
2225
Virtual karabakh

“Barselona”nın sabiq prezidentinin həbsi tələb edildi

26 İyl, 2018
00:40
2225

“Barselona”nın sabiq prezidentinin həbsi tələb edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya prokurorluğu “Barselona” futbol klubunun sabiq prezidenti Sandro Roselin 11 il müddətinə həbsini tələb edir.

Oxu.Az “La Vanguardia”ya istinadla xəbər verir ki, Rosel Braziliya futbol millisinin imic hüquqlarının satışından gəlir əldə edən cinayət şəbəkəsinin üzvü olub.

Daha sonra bu vəsaitlər yalançı şirkətlər vasitəsi ilə “yuyulub”. Fırıldaqlar nəticəsində Rosel və onun şərikləri 20 milyon avro əldə ediblər.

Daha öncə İspaniya dövlət məhkəməsi Roseli müqəssir bilərək, onu 59 milyon avro məbləğində cərimələyib.

Sandro Rosel 2010-2014-cü illərdə “Barselona”nın prezidenti olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri