26 
İyl
2018
20:33
44
223
12339
Virtual karabakh

Türkmənlər Azərbaycana gedən bərələrin həsrətindədirlər

26 İyl, 2018
20:33
12339

Türkmənlər Azərbaycana gedən bərələrin həsrətindədirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistanın Xəzərdəki Beynəlxalq limanının dəniz vağzalında minlərlə insan Bakıya gedən bərəyə minməyə cəhd edir. 

Oxu.Az xəbər verir ki, bu ilin mayında istifadəyə verilən Türkmənbaşı dəniz limanı, hətta köhnə liman dövründə, belə sərnişin izdihamı görməyib.

Yola düşmək istəyən insanların bir neçə sutka vağzalda qaldıqları qeyd olunur.

Yerli KİV bildirir ki, məsələnin bu həddə çatmasında yalnız bərələrin Azərbaycan paytaxtına hər gün yola çıxmaması deyil, həm də sərnişinlərdən xüsusi talon tələb edilməsi rol oynayıb. Bu talonu əldə etmək ciddi problemlərlə üzləşir. Yalnız talonu olan sərnişin gəminin göyərtəsinə qalxaraq bilet ala bilər.

Maraqlıdır ki, biletin rəsmi qiyməti 160 türkmən manatıdır (10 dollar), halbuki talona görə 500 manat qeyri-rəsmi ödəniş tələb edilir. Hərçənd talona görə heç bir ödəniş nəzərdə tutulmayıb. 
Talon alveri ilə məşğul olanlar mütəmadi həbslərə məruz qalsalar da, digərləri bu işdən əl çəkmirlər.

Türkmənlərin Bakıya əsasən iş axtarışları üçün üz tutduqları bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri