27 
İyl
2018
17:09
73
38
5389
Virtual karabakh

Moskva qoynunda kimi bəsləyir? “Çəhrayı” ermənilərin hədəfləri - VİDEO

27 İyl, 2018
17:09
5389

Moskva qoynunda kimi bəsləyir? “Çəhrayı” ermənilərin hədəfləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Yevgeni Mixaylovun “Youtube” kanalında yayımladığı, ermənilərin Rusiyanı satması və Qərbə boyun əyməsindən danışdığı video populyarlıq qazanır. 

Oxu.Az xəbər verir ki, süjetin əvvəlində aparıcı Ermənistanda anti-Rusiya ritorikasının güclənməsindən danışır. 

Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyinin görünən və diqqətçəkən yeniliklərindən biri “Pink Armenia” – “Çəhrayı” Ermənilər Partiyasının yaradılması olub. 

“Məhz onlar Nikol Paşinyanın təklif etdiyi anti-Rusiya fəaliyyətini inkişaf etdirməyə başladı. Təəccüblüdür ki, erməni xalqı bunu görmür. Rusiya həmişə Yerevana dəstək verib və Ermənistanın strateji tərəfdaşı olub, ancaq görünür ki, bütün bunlar keçmişdə qalıb”, - yayımlanan süjetdə deyilir. 

Müəllifin sözlərinə görə, Paşinyan ilk siyasi səfərini Moskvaya edib və Rusiya ilə səmimi müttəfiqlik əlaqələri saxladığını bildirməsinə baxmayaraq, o, anti-Rusiya əhval-ruhiyyəsinin gücləndirilməsi istiqamətində addımlar atır. 

“Buna sübut kimi Moskvaya qarşı olan şəxslərin hakimiyyətə gətirilməsini göstərmək olar. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, təhsil və elm naziri Araik Aratyunyan, dövlət nəzarət xidmətinin rəhbəri David Sansyaryan və digərləri açıq şəkildə Moskvaya qarşı çıxış edib və hətta bundan əvvəl Yerevandakı Rusiya səfirliyini yumurta atəşinə tutublar”, - kanal bildirib.  

Həmçinin, süjetdə Dağlıq Qarabağ münaqişəsinə də toxunur:

“Paşinyanın gəlişindən sonra regionda gərginlik dərhal artdı. Paşinyanın müharibəyə hazırlıqla bağlı bəyanatları Qərbin mümkün zəmanətlərindən başqa heç bir şeylə dəstəklənmir. Ancaq unutmaq olmaz ki, Rusiya bunun nə ilə nəticələcəyini çox yaxşı başa düşür.

Birinci növbədə, bu, yaxşı ordu yaradan Azərbaycanın qısa müddətdə qələbəsi ilə nəticələnəcək. Moskva isə Azərbaycanın “mübahisəli” əraziləri qaytarmasına səbəb olacaq”. 

Ə.Ş.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri