28 
İyl
2018
14:30
32
85
2851
Virtual karabakh

Ermənistan KTMT baş katibinin dəyişdirilməsini tələb etdi

28 İyl, 2018
14:30
2851

Ermənistan KTMT baş katibinin dəyişdirilməsini tələb etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qurumun baş katibinin dəyişdirilməsi prosesinə başlamağı təklif edib.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə şənbə günü Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.

Daha öncə Ermənistanın Xüsusi İstintaq Xidməti KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı 1 mart 2008-ci il tarixdə etiraz aksiyalarının dağıdılması işi çərçivəsində Konstitusiya quruluşunu devirməkdə cəhd ittihamı irəli sürüb. 

Dünən Yerevan məhkəməsi onu girov müqabilində azad edib.

“Bu sırf hüquqi məsələdir. Ermənistanda istintaqı aparılan cinayət işinə ölkə vətəndaşı cəlb edilib.

Onun KTMT-nin baş katibi olduğunu nəzərə alaraq, bu qurumda tərəfdaş dövlətlərə KTMT-nin baş katibinin dəyişilməsi prosesinə başlamaq təklif edilib”, - Balayan bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri