30 
İyl
2018
20:35
492
78
18966
Virtual karabakh

Erməni qızlar Moskvada atalarını öldürdü - FOTO + YENİLƏNİB

30 İyl, 2018
20:35
18966

Erməni qızlar Moskvada atalarını öldürdü - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada atalarını qətlə yetirən üç bacı bunu özünümüdafiə kimi təqdim etmək istəyiblər.

Oxu.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından bildiriblər.

Atalarını öldürdükdən dərhal sonra qızlar bədənlərin görünməyən hissələrindən yaralar vurublar. Onlar polisə bildiriblər ki, özlərini müdafiə edərkən atalarını öldürüblər. Amma yalanları qısa müddətdə ifşa olunub: ekspertiza yaraların güzgü qarşısında vurulduğunu sübuta yetirib.

“Qətl mənzildə törədilib. Daha sonra qızlar cəsədi bayıra çıxarıblar və polis çağırıblar. Bu zaman onlar mərhumun quraşdırdığı təhlükəsizlik kamerasını söndürüblər. Elə bu da müstəntiqləri şübhələndirib”, - polisdən bildiriblər.

Qızlar ayrılıqda sorğu-sual olunublar və ifadələri kəskin surətdə bir-birindən fərqlənib.

İlkin məlumatlara görə, 2015-ci ildə ailə başçısı qızların anasını və böyük oğlunu evdən qovub. Lakin onların ünsiyyətinə maneçilik törətməyib.

12.38

Moskvada yaşayan erməni ailəsində dəhşətli cinayət hadisəsi baş verib. 57 yaşlı Mixail Xaçaturyan doğma qızları tərəfindən qətlə yetirilib. 

Oxu.Az bununla bağlı “Mash” telekanalına istinadla xəbər yayıb. 

Məlumatlara əsasən, ailənin böyük qızı, 19 yaşlı Angelina polisə müraciət edib. O bildirib ki, bacıları 17 yaşlı Kristina və 18 yaşlı Marya ilə atalarını öldürülüblər. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri