31 
İyl
2018
12:58
44
180
14485
Virtual karabakh

Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır - VİDEO

31 İyl, 2018
12:58
14485

Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çerkizov” bazarının keçmiş sahibi, milyarder Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır.

Oxu.az xəbər verir ki, bununla bağlı Rusiyanın “Rossiya 1” telekanalının saytı yazıb. 

Bir müddət əvvəl Yekaterina Romanova Rusiyanın ən varlı qadınlarından biri sayılırdı. 

Telman İsmayılovun varisinin vətəndaş nikahında yaşadığı qadın oliqarxın oğlundan ayrıldıqdan sonra tamamilə yoxsullaşıb. Milyarderin nəvələri yoxsulluq içində yaşayır. Bir müddət ailə kilsədəki otaqlardan birinə sığınmışdı, yalnız indi onlar kiçik ev tuta biliblər. Buna qədər isə ailə 500 kvadratmetr əraziyə malik üç böyük evdə yaşayırdı. 

Telman İsmayılov dünyada ən dəbdəbəli hotel açması, səxavətli olması və Hollivud ulduzlarına nəhəng brilliantlar verməsi ilə tanınırdı. Müflis olmuş oliqarx nəvələrinə qarşı niyə xəsislik edib? Ümumiyyətlə, o, nəvələrinin varlığından xəbərdardırmı?

Yekaterina Romanova “Canlı efir” proqramında heç vaxt varlı ər axtarmadığını və Sərxan İsmayılovla təsadüfən tanış olduğunu deyib. Qadın deyib ki, onların münasibətləri səmimi olub və Sərxanın pulları onu maraqlandırmayıb.

Gənc cütlük münasibətlərini gizli saxlayırdı və qorxurdular ki, Sərxanın atası bunu bilsə, onu başqa qızla evləndirəcək. Sərxanla tanış olanda Yekaterinanın 16 yaşı var idi, dörd il sonra isə cütlüyün qız övladı dünyaya gəlib. 

Hamiləlik dövründə cütlük Arbatedəki mənzildə qalıb. Sonra Sərxan sevgilisinə üç malikanə hədiyyə edib ki, Yekaterina özünü şahzadə kimi hiss etsin. Gənc oğlan bundan başqa, qıza avtomobil və bahalı daş-qaşlar verib.  

Doğrudur, bir müddət sonra hədiyyə edilən evin sənədləri yoxa çıxıb. Yekaterina uzun müddət inanıb ki, onların münasibətini gizlətməyə ehtiyac qalmayacaq. Bununla yanaşı, o, hər zaman milyarder Telman İsmayılovun reaksiyasından ehtiyat edirdi. Ola bilsin ki, bu səbəbdən Sərxanın valideynlərinin iki nəvəsinin olmasından xəbəri yoxdur.  

Hansısa məqamda Yekaterina Sərxandan ayrıldı. Deyir ki, böyüdü və bu həyat tərzindən bezdiyini anladı. Onlar ayrıldıqdan sonra da dostluq münasibətlərini saxlayırdılar, Katya inanırdı ki, qarşı tərəf fikrindən daşınacaq. 

Ancaq sonra bütün var-dövlət Yekaterinanın əlindən alındı, hətta vətəndaş nikahında yaşadığı əri uşaqları ondan aldı. Xoşbəxtlikdən dörd aydan sonra ana övladlarını geri qaytara bildi. 

Ruslana və Davidi yedizdirmək üçün Yekaterina kilsədə çalışır, qocalara baxırdı və ümid edirdi ki, hər şey dəyişəcək. O, bahalı çantalarını, gödəkçələrini, paltarlarını və zinət əşyalarını satmışdı. David bu il birinci sinfə getdi, o, pullu məktəbdə oxuyur. Ruslana isə məzun olacaq.

Katya deyir ki, nə qədər çalışsa da, qızına lazım olan hazırlığı verə bilməyib. 

İndi Andrey Malaxovun köməyi ilə Yekaterina uşaqlarının ata və babasının yadına düşəcəyinə ümid edir. O, qeydiyyatda olduğu mənzili geri qaytarmağa çalışır. 

O, buna nail ola biləcəkmi? Qadın uşaqların İsmayılovun nəvəsi olduğunu sübut edəcəkmi? Dörd ildir övladları Ruslana və Davidi görməyən atanın ürəyi yumşalacaqmı? 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri