31 
İyl
2018
20:10
32
411
15428
Virtual karabakh

Heydər Camalın oğlu Afrikada öldürüldü - YENİLƏNİB

31 İyl, 2018
20:10
15428

Heydər Camalın oğlu Afrikada öldürüldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Afrika Respublikasında tanınmış filosof Heydər Camalın oğlu – jurnalist Orxan Camal, həmçinin operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev qətlə yetiriliblər.

Oxu.Az xəbər verir ki, onlar ölkəyə sənədli film çəkmək üçün gəliblər.

Çəkiliş qrupunun üzvlərinin ölüm faktını artıq BMT-nin MAR-dakı missiyasında da təsdiqləyiblər. 

Mənbə bildirib ki, rusiyalılar nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Sonra nə baş verdiyi bəlli deyil.

Orxan Camalın ölümünü onun dostu Maksim Şevçenko da təsdiqləyib.

Orxan Camal

Aleksandr Rastorquyev

Kirill Radçenko

20.09

Mərkəzi Afrika Respublikasında 3 jurnalist qətlə yetirilib.

Oxu.Az “France Press”ə istinadla xəbər verir ki, onların Rusiya vətəndaşları olduğu ehtimal edilir.

“Press-kartları olan üç nəfər ölkənin mərkəzində yerləşən Sibut şəhəri yaxınlığında öldürülüblər”, - agentliyin yaydığı məlumatda deyilir.

Mənbələrin bildirdiyinə görə, qətlə yetirilənlərin cəsədləri şəhərdən 23 kilometr kənarda aşkarlanıb. 

Onların mümkün qatilləri və hansı səbəbdən öldürülmələri barədə açıqlama verilmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri