Avq
2018
16:00
114
24
5279
Virtual karabakh

İran parlamenti ölkə prezidentinə bir ay vaxt verdi

1 Avq, 2018
16:00
5279

İran parlamenti ölkə prezidentinə bir ay vaxt verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə iqtisadi problemlərin aradan qaldırılması üzrə hökumətin fəaliyyəti haqqında hesabat üçün bir ay vaxt verib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Mehr” agentliyi məlumat yayıb. 

Məlumatlara əsasən, tələbi parlament üzvlərinin 25 faizi dəstəkləyib. Bu isə İran parlamentinə görə ölkə prezidentinin qərara cavab verməli olduğu deməkdir. 

“Parlamentin 290 üzvündən 92-si prezident Ruhanidən iqtisadi problemlərin aradan qaldırılması üzrə hökumətin fəaliyyəti haqqında hesabat tələb edib. Müzakirələrdən sonra 80 deputat fikrindən dönməyib”, - parlamentin spikeri Əli Laricani deyib. 

O əlavə edib ki, ölkə qanunlarına əsasən, prezident bir ay müddətinə bu tələbə cavab verməlidir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri