Avq
2018
20:37
80
18
5687
Virtual karabakh

Orxan Camalın həmkarı sürücünün şübhəli davranışından danışdı

1 Avq, 2018
20:37
5687

Orxan Camalın həmkarı sürücünün şübhəli davranışından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev Kirill Radçenkonu yerli məsləhətçi ilə görüşə aparan sürücü şübhəli davranıb.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərlə birlikdə sənədli filmin çəkilişində iştirak edən Andrey Konyaxin bildirib.

O qeyd edib ki, sürücü BMT-nin ölkədəki missiyasından olub və MAR-da çalışan fransalı jurnalistlərin bazasında qeyd edilib.

Konyaxin sürücüdən şübhələndiyini öldürülən həmkarlarının da diqqətinə çatdırıb. Amma jurnalistlər sükan arxasında əyləşən şəxsə güvəndiklərini deyiblər.

“Səhəri gün onları yolda saxlayıblar, jurnalistləri qətlə yetiriblər, amma sürücü qəribə halda salamat qalıb”, - Konyaxin bildirib.

Onun sözlərinə görə, çəkiliş qrupu nəzərdə tutulan marşrutdan 23 kilometr uzaqlaşıb.

Jurnalistlərin qarət məqsədi ilə öldürüldükləri ehtimal olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri