Avq
2018
21:30
9
181
8026
Virtual karabakh

Orxan Camalın qətlinə dair daha bir versiya

1 Avq, 2018
21:30
8026

Orxan Camalın qətlinə dair daha bir versiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Afrika Respublikası mətbuatı üç rusiyalı jurnalistin qətlinə dair yeni versiya səsləndirib.

Oxu.Az xəbər verir ki, “Palmarescentrafrique” Orxan Camal, Aleksandr RastorquyevKirill Radçenkonun Dekoa şəhərinin ətraf ərazilərini nəzarətdə saxlayan “Seleka” qruplaşmasının yaraqlıları tərəfindən oğurlandıqlarını, sorğu-sual edildikdən sonra isə öldürüldüklərini iddia edir.

Sayt həmçinin Camal və Rastorquyevin cəsədlərinin fotoşəkillərini də yayıb.

Daha öncə rusiyalıların sağ qalan sürücüsü bildirmişdi ki, onlara pusqudan hücum olunub. Onun sözlərinə əsasən, jurnalistlər hadisə yerində qətlə yetiriliblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri