Avq
2018
09:36
133
10
3093
Virtual karabakh

“Kommersant”: Ermənistan rəhbərliyi Kremli qıcıqlandırır

2 Avq, 2018
09:36
3093

“Kommersant”: Ermənistan rəhbərliyi Kremli qıcıqlandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın yeni rəhbərlərinin sabiq hakimiyyət üzvlərini təqib etməsi Moskvanın qəzəbinə səbəb olub. Kremli qıcıqlandıran əsas məqamlardan biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun istintaqa cəlb edilməsi olub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Kommersant” qəzeti dövlət strukturundakı mənbəyə istinadla məlumat yayıb. 

Rusiyada Ermənistanın hazırkı hakimiyyətinin fəaliyyətini hərbi bloka zərbə kimi qiymətləndiriblər. Moskva hesab edir ki, KTMT-nin baş katibi postuna indi başqa ölkənin vətəndaşı seçilməlidir. 

Qəzetin müsahiblərindən biri qeyd edib ki, Ermənistanla 100 milyon dollar həcmində olan razılaşma təhlükə altındadır. Mənbənin sözlərinə görə, Ermənistan Rusiya ilə müqavilənin müddətini uzatmaq üçün bu həcmdə kredit almalı idi, ancaq hələ orada nə baş verdiyini anlamaq olmur. 

Ermənistan Xarici İşlər Nazirliyi daxildə baş verən hadisələrin xarici siyasətlə əlaqəsi olmadığını bəyan etməklə Kremli sakitləşdirib. 

“Ölkənin əsas məqsədi Ermənistan-Rusiya münasibətlərini möhkəmləndirmək, KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin effektivliyini artırmaqdır”, - XİN-in mətbuat katibi Tiqran Balayan deyib. 

Xaçaturovu Ermənistan Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndi ilə (Digər şəxslərlə əvvəlcədən əlbir olmaqla konstitusiya quruluşunun devrilməsi) ittiham olunub. Söhbət 2008-ci il martın 1-2-də ölkədə baş verən və 10 nəfərin ölümünə səbəb olan iğtişaşlardan gedir. 

2008-ci ilin martında Koçaryan küçələrə axışan və ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları olan müxalifləri dağıtmaq üçün ölkədə fövqəladə vəziyyət elan edib.

Həmin vaxt Ter-Petrosyan seçkilərdə məğlub olmuşdu və tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdi. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri