Avq
2018
14:56
129
10
2879
Virtual karabakh

Yerevan “Kremlin dırmıqları” üzərində gəzir - ŞƏRH

2 Avq, 2018
14:56
2879

Yerevan “Kremlin dırmıqları” üzərində gəzir - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məxməri inqilab”dan sonra hakimiyyətə gələn Ermənistan baş naziri Nikol Paşinyan aralarında Robert Koçaryanın da olduğu “Kremlin dostları” ilə haqq-hesab aparır. 

Oxu.Az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan iyulun 27-də Yerevanda “1 mart” hadisələrinə görə saxlanılıb. 

İttihamlara əsasən, 2008-ci ilin həmin günündə o, “dövlət quruluşunu” devirib. Həmin vaxt Serj Sarkisyanın prezident seçilməsinə qarşı olan nümayişçilər mitinq keçirib və bu zaman polislə toqquşmalar olub. Hadisə zamanı 10 nəfər ölüb. Bu iğtişaşlara görə məsuliyyəti seçkilər vaxtı dövlət başçısı vəzifəsini icra edən Koçaryan daşıyırdı. 

Koçaryan həbs olunan gün Yerevan məhkəməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi ilə bağlı order verdi. Ona qarşı da eyni ittiham irəli sürüldü. 

2008-ci il hadisələri vaxtı o, müdafiə nazirinin müavini olub və 2008-ci ildən Ermənistan baş qərargahının rəisidir. Xaçaturav bir müddət sonra azadlığa buraxılsa da, vəziyyət bundan yaxşı olmadı. 

“Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənovun fikrincə, KTMT-nin Rusiyanın rəhbərlik etdiyi hərbi birlik olduğunu nəzərə alsaq, bunu Norveçin ABŞ-ı rədd edərək, NATO baş katibini həbs etməsinə bənzətmək olar. 

Eksperin sözlərinə görə, Moskvanın reaksiyası göstərdi ki, vəziyyət çox pisləşib və bu, artıq Ermənistanın daxili işi deyil. 

“Yerevan “Kremlin dırmıqları” üzərində gəzir. Rusiya xarici işlər naziri Sergey Lavrov da məsələyə qarışdı və Yerevanı sərt tənqid edən bəyanatla çıxış etdi. 

“Son günlər baş verən hadisələr Ermənistanın hazırkı rəhbərliyinin sabiq hakimiyyət nümayəndələrini siyasi motivlər əsasında təqib etməyəcəkləri ilə bağlı açıqlaması ilə ziddiyyət təşkil edir”, - Lavrov deyib.  

Bununla yanaşı Paşinyan Yerevanın Qərbyönümlü istiqaməti ilə bağlı fikirləri təkzib edir və bildirir ki, Rusiya ilə dostluq və KTMT-yə üzvlük çox vacibdir”, - müsahibimiz bildirib. 

Ekspert əlavə edib ki, ancaq Yerevanda anti-Rusiya isteriyasının artımı hiss olunur: 

“Belə ki, “Facebook” və digər sosial şəbəkələrdə Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı fəal çağırışlar yer alır. 

Belə fikirlərdən birini təqdim edirəm:

“Rusiyanın 102-ci hərbi bazası Ermənistan təhlükəsizliyi üçün böyük təhdiddir. Ümid edirəm ki, biz Nikol Paşinyanla bu barədə razılaşacağıq və bundan sonra Ermənistan müstəqil və azad olacaq”, - Artur Xanoyan yazıb. 

Müəllif istifadəçilərə bununla bağlı petisiya imzalamağı təklif edir”. 

K.Həsənov hesab edir ki, bu cür fikirləri sosial şəbəkədə Paşinyan hakimiyyətinin tərkibində olan “Soros” fondunun sabiq əməkdaşları yayır. 

“Bu, seçki qanunu islahatı üzrə əlaqələndirici olan Daniel İoannisyandır, ona bu işdə baş nazirin birinci müavini Ararat Mirzoyan və onun sabiq mətbuat katibi Kapris Paşoyan kömək göstərir. 

Narazılığa bəhanə isə iyulun 17-də Panik kəndində baş verən hadisə olub”, - ekspert qeyd edib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri