Avq
2018
09:21
105
15
5067
Virtual karabakh

Xərçəngdən müalicə üçün təhlükəsiz və effektiv vasitə aşkarlandı

3 Avq, 2018
09:21
5067

Xərçəngdən müalicə üçün təhlükəsiz və effektiv vasitə aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Melburn Universitetinin alimləri aparıcı onkoloq və genetiklərlə birlikdə insan orqanizmində xərçəng hüceyrələrinin inkişafını dayandırmaq və onları tamamilə məhv etmək qabiliyyətinə malik yeni dərman preparatlarını uğurla sınaqdan keçiriblər. 

Oxu.Az xəbər verir ki, bu məlumat “MedicalXpress” nəşrində dərc edilib. 

Alimlərin sözlərinə görə, preparatın tərkibindəki molekullar şiş hüceyrələrinin gücləndirilməsinə səbəb olan KAT6A və KAT6B zülallarının fəallığının qarşısının alınmasına səbəb olur. 

Klinik tədqiqatların nəticələri göstərib ki, KAT6A ilə kodlandırılmış genin fəaliyyətinin dayandırılması lenfomadan əziyyət çəkən siçanlarda uzunömürlülüyü artırır.

Şüa və kimya terapiyasından fərqli olaraq, yeni müalicə üsulu yalnız xəstə hüceyrələrə təsir göstərir. 

Alimlərin fikrincə, yeni müalicə üsulu ilkin müalicədən sonra xəstəliyin təkrarlanmasının qarşısını almaqda effektli ola bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri