Avq
2018
10:10
50
25
4454
Virtual karabakh

Paşinyanı “xaç atası” təlimatlandırır - ŞƏRH

3 Avq, 2018
10:10
4454

Paşinyanı “xaç atası” təlimatlandırır - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paşinyanın hakimiyyətə gəldiyi gündən Moskva və Yerevan arasında bir gərginlik yaranıb. Hər iki tərəf nə qədər tarixi dostluq və tərəfdaşlıq münasibətlərindən danışsalar da, hiss olunur ki, Qərb vəziyyətdən istifadə edir və Ermənistanı Kremlin nəzarətindən çıxarmağa çalışır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Arzu Nağıyev deyib. 

O əlavə edib ki, bu, Rusiyanı razı sala bilməz:

“Ermənistan tərəfi dolayı şəkildə başa salmağa çalışır ki, nə qədər ki, Dağlıq Qarabağ problemi var, Rusiyaya gərək var, olmayandan sonra gərək yoxdur. Yəni problemi yaradan da məhz Rusiyadır. Ona görə də Kremlə loyal olan Koçaryan, ManvelyanXaçaturovu həbs edirlər”.

Xaçaturov məsələsinə isə Rusiyanın birmənalı şəkildə reaksiya vermədiyini qeyd edən A.Nağıyev deyib ki, Kremlin yaratmağa çalışdığı mini NATO-KTMT-nin loyal baş katibi Xaçaturovun həbsi sensasiya ola bilər. Hətta Ermənistan tərəfi onu başqa bir şəxslə əvəz etmək istəsə də, Rusiya buna hələlik razılıq vermir.

“Təbii ki, onun həbsi KTMT-nin digər üzvləri olan dövlətlər tərəfindən də normal qarşılanmayacaq. Bu isə Rusiyanı qorxudur. Qərb bu prosesləri izləyir və son vaxtlar Yerevanda qərbyönümlü qeyri-hökumət təşkilatlarının sayı artmaqdadır. 

Ermənistan tərəfinin 102 saylı baza və sərhədçilərlə, daha doğrusu, onların icarə haqqı və ya çıxarılması ilə bağlı qərarından sonra Rusiya tərəfi həyəcan siqnalı ilə “təlim” adı altında qoşunları bazadan kənara çıxardı və kiçik bir mesaj verdi. Lakin yenə də erməni tərəfi “Metsamor” AES və digər məsələləri gündəmə gətirdi”, - politoloq əlavə edib. 

Onun fikrincə, Paşinyan bütün bunlarla “xaç atası” Levon Ter-Petrosyanın təlimatlarını yerinə yetirir və siyasi gedişlərlə seçkilərə hazırlaşır.

“Rusiya istər Lavrov, istərsə də digər səviyyələrdə bildirir ki, Ermənistanın siyasi, iqtisadi və hərbi potensialı onunla bağlıdır və nə qədər ki, Rusiya-NATO sərhədi Ermənistandan keçir, orada qalacaqlar.

Amma bunu nə iləsə kompensasiya etməlidirlər. Rusiya iqtisadi cəhətdən bunu edə bilmir. Buna görə də Qərbin təzyiqləri olacaq və Yerevanı ələ keçirməyə çalışacaq. Rusiya da bütün imkanlardan istifadə edərək buna mane olmağa çalışacaq.

Təbii ki, bu təzyiq vasitəsinin biri Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfə güzəştə getmək də ola bilər”, - A.Nağıyev bildirib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri