Avq
2018
16:19
187
9
5149
Virtual karabakh

Rusiya KİV: Moskvanın Ermənistanı “əzmək” üçün vasitəsi var

3 Avq, 2018
16:19
5149

Rusiya KİV: Moskvanın Ermənistanı “əzmək” üçün vasitəsi var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın tanınmış kütləvi informasiya vasitələrindən biri olan “Lenta.ru” bu gün Ermənistan, hakimiyyəti, siyasi kursu və Rusiya ilə qarşılıqlı əlaqələri ilə bağlı böyük məqalə dərc edib. 

“Belə danışmamışdıq” başlıq məqalədə Ermənistanın yeni hakimiyyəti haqqında danışılır. Agentlik təsdiq edir ki, yeni hakimiyyət Rusiyanın köhnə dostlarını hədəfə alıb. 

Oxu.Az həmin materialın ən maraqlı hissələrini təqdim edir:

- “Moskvanın Ermənistanı “əzmək” üçün vasitəsi var. İş burasındadır ki, Robert KoçaryanYuri Xaçaturov buna layiqdirmi?”

- “Robert Koçaryan və Yuri Xaçaturovla bağlı məsələ hələ təzədir və beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilməyib. Yeganə istisna Rusiyadır. Moskva Ermənistanda baş verənlərdən çox qəzəblənib və bunu gizlətmir. İlk dəfə Nikol Paşinyan real xarici siyasi problemlə qarşı-qarşıya qalmalı olacaq”. 

- “Moskva Robert Koçaryan və Yuri Xaçaturov həbs edilməyənədək susmuşdu”.

- “1 mart hadisələrinə” görə Ermənistanın dörd rəhbəri günahkardır, ancaq onlardan biri tutulub”. 

- “Hazırkı baş nazir Nikol Paşinyan o zaman Levon Ter-Petrosyanın tərəfdarı idi və küçə aksiyalarında iştirak edirdi. Onun barəsində axtarış elan edilib, ancaq tapılmayıb, bir il sonra isə o, təslim oldu və yeddi il həbs cəzası aldı. Siyasətçi 2011-ci ildə amnistiya ilə azadlığa çıxdı”. 

“İndi Paşinyan bir sıra prinsiplərindən əl çəkmək məcburiyyətindədir: Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxmağı və s. Nəticədə, Paşinyan xələfi Serj Sarkisyanın xarici siyasət xəttinə qayıtmalı oldu”.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri