Avq
2018
23:45
74
41
3978
Virtual karabakh

NATO bölmələri təcili Kosovaya göndərildi

3 Avq, 2018
23:45
3978

NATO bölmələri təcili Kosovaya göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kosovo və Metoxiyada NATO bayrağı altında fəaliyyət göstərən Beynəlxalq missiyanın (KFOR) bölmələri serb muxtar vilayətində vəziyyətin mümkün gərginləşməsi səbəbi ilə təcili surətdə Kosovonun şimalına göndəriliblər.

Oxu.Az bu barədə “Veçerniye novosti” qəzetinə istinadla xəbər verir.

Cümə axşamı KFOR öz “Facebook” səhifəsində plan üzrə təlimlərin başlanması məlumatını yerləşdirib. Lakin qəzet iddia edir ki, hərbi təlimlər bölmələrin vilayətin şərqinə göndərilməsi üçün bəhanədir.

Nəşrin yazdığına əsasən, yaxın 48 saatda Kosovoda vəziyyət kəskin surətdə pisləşə bilər. Məhz buna görə də NATO 4 minlik qruplaşmasının bir hissəsini Madcunsko kəndinə köçürüb.

Daha öncə qəzet kosovoluların “Qızıl qılınc” hərbi aksiyasına hazırlaşdıqları barədə məlumat yaymışdı. Məqsəd isə Kosovanın əsasən serblərin yaşadıqları şimal hissəsi üzərində nəzarəti ələ almaqdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri