Avq
2018
16:08
284
12
3606
Virtual karabakh

İspaniyada erməni mafiyasına daha bir zərbə

5 Avq, 2018
16:08
3606

İspaniyada erməni mafiyasına daha bir zərbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya Milli polisi Malaqa vilayətində Litvada yaşayan Ermənistan vətəndaşı (A.S.inisialları), həmçinin iki Gürcüstan vətəndaşını (L.B. və İ.P. inisalları) həbs edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Onların saxlanılması İspaniyada iyunun sonunda erməni mafiyasına qarşı səs-küylü əməliyyatın davamı hesab edilir. Həmin əməliyyat zamanı 129 nəfər həbs olunmuşdu.

Ötən gün keçirilən əməliyyat zamanı saxlanılan şəxslər mütəşəkkil cinayətdə şübhəli bilinirlər.

Onlardan biri Rusiya mafiyasında üçüncü adam hesab olunur.

Məlumatda həmçinin bildirilir ki, saxlanılan üç nəfər Marbelidə kriminal avtoritetin qətlini planlaşdırmışdılar.

Axtarış zamanı onların üzərindən saxta Polşa və Ukrayna sənədləri çıxıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri