Avq
2018
11:11
27
18
1708
Virtual karabakh

Venesuelada jurnalistlər kütləvi həbs olunur

6 Avq, 2018
11:11
1708

Venesuelada jurnalistlər kütləvi həbs olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddən sonra ölkədə jurnalistlərin kütləvi həbsi başlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Mətbuat İşçilərinin Milli Birliyinin “Twitter” hesabında məlumat verilib. 

Məlumatlara görə, hazırda yerli və xarici mətbuat orqanlarını təmsil edən 11 jurnalist həbs edilib. Bəziləri döyülüb və ya qarət olunub. 

Həmkarlar ittifaqı informasiya hüququnun pozulmasına cavabdeh olanların cəzalandırılmasını tələb edib.

Bundan əvvəl, daxili işlər, ədliyyə və sülh məsələləri üzrə nazir Nestor Reverol bildirib ki, faktla əlaqədar altı şübhəli saxlanılıb. Hücuma görə məsuliyyəti “Flanel əsgərləri” qruplaşması öz üzərinə götürüb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri