Avq
2018
22:34
70
17
8115
Virtual karabakh

Venesuela prezidentinə sui-qəsdin icraçıları müəyyən edildi

6 Avq, 2018
22:34
8115

Venesuela prezidentinə sui-qəsdin icraçıları müəyyən edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela hökuməti ölkə prezidenti Nikolas Maduroya sui-qəsdin bilavasitə icraçılarını və onlarla əlbir olan şəxsləri müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, belə bir bəyanatla Venesuelanın baş prokuroru Tarek Vilyam Saab çıxış edib.

“Avqustun 4-də baş verən hadisə dövlət başçısını qətlə yetirmək cəhdi idi”, - Saab deyib.

Onun sözlərinə əsasən, sui-qəsdin araşdırılmasına 4 prokuror cəlb edilib. Ötən bazar günü Venesuela DİN-in başçısı Nestor Reverol bildirmişdi ki, sözügedən işlə əlaqədar artıq 6 şübhəli şəxs saxlanılıb.

Xalqa müraciət edən Nikolas Maduro sui-qəsddə Venesuelanın və Kolumbiyanın “ultra-sağçı qüvvələrini” və Kolumbiya prezidenti Xuan Manuel Santosu ittiham etmişdi. 

Həmçinin dövlət başçısı ehtimal etmişdi ki, onun öldürülməsini planlaşdıran şəxslərdən bəziləri ABŞ-da yaşayır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri