Avq
2018
12:18
60
8
5421
Virtual karabakh

Belarus mətbuatı Lukaşenko-Paşinyan qarşıdurmasından yazır

7 Avq, 2018
12:18
5421

Belarus mətbuatı Lukaşenko-Paşinyan qarşıdurmasından yazır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus KİV Minsk rəhbərliyi ilə Nikol Paşinyan arasında münasibətləri gərginləşdirə biləcək səbəbləri açıqlayıb. 

Oxu.Az xəbər verir ki, Aleksandr Lukaşenko mayda Ermənistan baş naziri ilə şəxsən görüşüb, iyunun sonunda isə onlar arasında telefon danışığı olub.

Belarus mediasının məlumatına görə, zahirən siyasətçilərin səmimi olduqları görünsə də, əslində, bu, fırtınadan öncəki sakitlikdir.  

Paşinyan Belarusun Azərbaycana silah satmasını böyük problem hesab edir 

Bu il Minsk rəsmi olaraq Bakıya 10 ədəd “Polonez” sistemi satıb. 300 kilometr atış gücünə malik olan sistem region üçün strateji silah hesab olunur. UDF.BY yazır ki, onun Azərbaycana satılması Azərbaycanın düşməni olan Ermənistanın qəzəbinə səbəb olub. 

“Üstəlik, nəzərə almalıyıq ki, Belarus və Ermənistan kağız üzərində müttəfiqdirlər. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Azərbaycan isə bu təşkilata üzv deyil. Lukaşenko ilə mayda keçirdiyi görüşdən sonra Paşinyan deyib ki, bu məsələni qaldırıb və Belarus rəhbərinin onun sözlərinə reaksiyası “normal” olub. 

İyunda Paşinyan “Evroradio”ya bildirib ki, Belarusun Azərbaycana silah satması iki ölkə münasibətləri üçün böyük problemdir”, - nəşr bildirib. 

Lapşinin tarixi

Bundan sonra materialda qeyd edilir ki, ermənilərin Lukaşenkoya qəzəblənməsi üçün başqa bəhanələri də olub. Bir il yarım əvvəl Bakının razılığı olmadan Dağlıq Qarabağa gedən bloqer Aleksandr Lapşini Azərbaycana verdi. Erməni deputatlar buna görə Belarusu KTMT-dən çıxarmağı təklif etdilər. 

Paşinyan Lukaşenkonun Ermənistandakı dostuna hücum edir

Belarus nəşri yazır ki, baş nazir olduqdan sonra Paşinyanın oliqarx Qaqik Tsarukyanla böyük problemləri oldu. Bu, həmin Tsarukyandır ki, Lukaşenko ilə birlikdə Minskdə konyak qablaşdırma müəssisəsi açıb və Belarus liderini oğlu Kolya ilə birlikdə Yerevandakı evində qonaq edib. Erməni mediası yazırdı ki, “Lukaşenko Tsarukyanın evində gecələyib, çünki onlar yaxın dostdurlar”. 

“Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə bir çox işlərə qeyri-qanuni nəzarət edən klanlara və korrupsiyaya qarşı mübarizəyə başladı. Bir ay əvvəl Tsarukyana qarşı hücumların başlaması ilə bağlı məlumatlar yayıldı. Onun təhlükəsizlik xidmətinin rəhbəri Eduard Babayan həbs edildi. 

Bir müddət əvvəl “Joxovurd” qəzeti öz mənbəsinə istinadla məlumat yayıb ki, Nikol Paşinyanla Tsarukyan arasında münasibətlər soyuyub və onlar uzun müddətdir ki bir-biri ilə əlaqə saxlamır”, - məlumatda qeyd edilib. 

Lukaşenko və Paşinyan postsovet məkanına inteqrasiya məsələsinə də fərqli yanaşırlar

Belarus nəşri bildirib ki, Belarus rəhbərliyi həmişə Rusiya və keçmiş SSRİ respublikaları ilə yaxın münasibətlərin tərəfdarı olublar. O, Avrasiya İqtisadi Birliyinin yaradıcılarından biri olub. 

Paşinyan isə inteqrasiyaya bir az fərqli yanaşır. 2014-cü ildə Ermənistan parlamenti AİB-ə üzvlük məsələsini müzakirə edəndə deputatlar Nikol Paşinyan və Aleksandr Arzumanyan bəyan ediblər ki, bu birlik yaxşı heç nə vəd etmir. 

“Paşinyan AİB-ə üzvlüyə qarşı səs verən azsaylı deputatlardan biri olub. 

Baş nazir olduqdan sonra Paşinyan bir az yumşaq danışır, ancaq çətin ki, onun əvvəlki baxışları dəyişsin”, -  UDF.BY əlavə edib. 

Ə.Ş.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri