Avq
2018
20:56
64
398
35685
Virtual karabakh

Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi

7 Avq, 2018
20:56
35685

Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikola Paşinyanın həyat yoldaşı - Anna Akopyan - “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində yenidən Rusiyaya gedəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Akopyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz artıq səfərə hazırlaşırıq. Bu kampaniya davam edəcək”, - erməni baş nazirin həyat yoldaşı deyib.

Anna Akopyan kampaniyası haqqında iyul ayında Moskvaya səfəri zamanı açıqlama vermişdi.

O qeyd edib ki, kampaniyanın əsas məramı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməkdir:

“Münaqişənin necə alovlandığı əhəmiyyətli deyil. Əsas bu münaqişəyə görə həyatlarını qurban verən gənclərin taleyidir”.

O, bu təşəbbüsün Azərbaycan qadınlarının da diqqətinə çatdırılmasını istəyib.

Rəsmi Bakı buna cavab olaraq bildirib ki, Qarabağda sülhün bərqərar olması üçün Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri