Avq
2018
22:26
58
31
4485
Virtual karabakh

ABŞ Dövlət Departamenti 10 milyon mükafat vəd etdi

8 Avq, 2018
22:26
4485

ABŞ Dövlət Departamenti 10 milyon mükafat vəd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamenti  “Əl-Qaidə” terror təşkilatının iki lideri – Abdulla Əhməd AbdullaSeyf əl-Ədlin ələ keçirilməsinə yardım edə biləcək məlumata görə hələ 2000-ci ildə vəd olunan mükafatın məbləğini 2 dəfə artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

Mükafatın məbləği 5 milyondan 10 milyon dollara qədər artırılıb.

“Hər ikisi “Əl-Qaidə”yə rəhbərlik edən şuranın üzvü olublar, əl-Ədl isə hərbi komitədə də xidmət edib.

Hər ikisi 1998-ci il avqustun 7-də ABŞ-ın Dar-əs-Salam və Nayrobidəki səfirliklərində törədilən terror aktlarına görə ittiham olunublar.

Sözügedən hücumlar nəticəsində 224 dinc sakin, o cümlədən 12 amerikalı həlak olub, 5000 nəfər yaralanıb”, - məlumatda deyilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri