Avq
2018
13:59
24
165
11151
Virtual karabakh

Azərbaycanlının Leninqrad meşəsində qorxunc tapıntısı

9 Avq, 2018
13:59
11151

Azərbaycanlının Leninqrad meşəsində qorxunc tapıntısı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 8-i, gecə saatlarında Rusiyanın Leninqrad vilayətinin Vsevoloj rayonunda Azərbaycan vətəndaşı yerli parklardan birində ağacdan asılmış qadın cəsədi aşkar edib. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, Leninqradda yaşayan azərbaycanlı Buqra qəsəbəsindəki parkda gəzərkən istəmədən qorxunc hadisə ilə üzləşib: Park küçəsindəki 6-cı evin arxasında ağacdan qadın cəsədi asılıb. 

Həmin qadının əynində cins və ağ gödəkcə olub, sinəsində çantası asılıb. O, dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıb. Ölən şəxsin 35 yaşlı qəsəbə sakini olduğu bildirilib. 

Cəsəd morqa göndərilib. Onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri