10 
Avq
2018
12:17
170
97
9358
Virtual karabakh

Rusiya rublu ucuzlaşdı

10 Avq, 2018
12:17
9358

Rusiya rublu ucuzlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 2016-cı ilin avqustundan bəri ilk dəfə 1 dollar 67 rubla çatıb.

Oxu.Az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi fonunda Moskva birjasında rublun dollar qarşısında məzənnəsi kəskin şəkildə düşüb. 

Moskva vaxtı ilə 10:15-də dolların kursu 67,05 rubla bərabər olub. Bu, 2016-cı ilin avqustundan bəri maksimum göstəricidir. 

Avronun kursu isə əksinə, ötən günlə müqayisədə qismən enərək, 76,8 rubla bərabər olub. 

Xatırladaq ki, ABŞ Dövlət Departamentini avqustun 8-də Skripal işi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalarla bağlı anons verib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri