11 
Avq
2018
10:28
62
165
2177
Virtual karabakh

Norveçli narkomanlara pulsuz heroin veriləcək

11 Avq, 2018
10:28
2177

Norveçli narkomanlara pulsuz heroin veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveç hökuməti eksperiment çərçivəsində həyat səviyyəsini yüksəltmək üçün 400 narkomana pulsuz heroin verəcək. 

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, pilot proqram 2020-ci ildən qüvvəyə minəcək. 

İştirakçıların hansı prinsiplər əsasında seçiləcəyi və həkimlərin nə qədər həcmdə narkotik yazacağı məlum deyil. Proqram tərəfdarları əmindirlər ki, heroinin verilməsi narkomanların yüksək dozadan ölməsinin qarşısını alacaq və cinayətkarlıqla mübarizəyə kömək edəcək. 

Norveç səhiyyə naziri Benti Xoy bəyan edib ki, proqram həyat səviyyəsini yüksəkdəcək. 

Norveç Avropada yüksək dozadan ölənlərin göstəricisinə görə ön sıralardadır. 

2015-ci ildə ölkədə hər milyon nəfərdən səksəni bu səbəbdən həyatını itirib. Heroinlə mübarizə üsulu artıq İsveçrə, Danimarka və Hollandiyada tətbiq edilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri