13 
Avq
2018
17:35
19
546
4675
Virtual karabakh

Koçaryan azadlıqda

13 Avq, 2018
17:35
4675

Koçaryan azadlıqda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanı azadlığa buraxıb. Məhkəmə qərar çıxarıb ki, Koçaryan toxunulmaz şəxsdir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” R.Koçaryanın vəkili Ruben Saakyana istinadən yayıb. 

Jurnalistlərlə söhbətində Ruben Saakyan bildirib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və eks-prezidentin toxunulmazlığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

“Robert Koçaryan artıq məhkəmə zalından çıxıb”, - deyə vəkil bildirib.

Xatırladaq ki, iyulun 26-da Ermənistanın Xüsusi İstintaq Xidməti Koçaryana qarşı 2008-ci ilin mart hadisələrində Konstitusiya rejimini devirmək barədə ittiham irəli sürmüşdü. Bir gün sonra o, iki ay müddətinə həbs olunmuşdu.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri