14 
Avq
2018
14:55
65
210
2307
Virtual karabakh

Londonda avtomobili insanların üzərinə sürdülər - YENİLƏNİB

14 Avq, 2018
14:55
2307

Londonda avtomobili insanların üzərinə sürdülər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya polisi Londonda avtomobilin parlament binasının qarşısındakı çəpərə çırpılmasını terror aktı kimi nəzərdən keçirir.

Bu barədə Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

“Hazırkı mərhələdə biz hadisəni terror hücumu kimi nəzərdən keçiririk, Britaniya polisinin terror əleyhinə bölməsi təhqiqat aparır”, - deyə London polisindən bildiriblər.

Hadisə ilə bağlı saxlanılmış avtomobil sürücüsünü terror aktı törətməkdə şübhəli bilirlər.

12:39

Londonda parlament binası qarşısında avtomobilin  çəpərə çırpılması nəticəsində bir neçə piyada yaralanıb.

Oxu.Az xəbər verir ki, hadisə yerli vaxtla saat 07:37-də baş verib.

Avtomobil parlament qarşısındakı çəpərə çırpılıb.

“Sürücü hadisə yerində saxlanılıb. Bir neçə piyada yaralanıb”, - deyə polisin məlumatında qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl bir neçə Avropa paytaxtında avtomobilin piyadaların üzərinə sürülməsi ilə kütləvi terror aktları törədilib.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri