15 
Avq
2018
10:00
63
633
17942
Virtual karabakh

İtaliyada körpü uçqunu qurbanlarının sayı artdı - YENİLƏNİB + VİDEO

15 Avq, 2018
10:00
17942

İtaliyada körpü uçqunu qurbanlarının sayı artdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Genuya şəhərində Morandi körpüsünün uçması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə İtaliya DİN məlumat yayıb. 

Ölənlər arasında səkkiz yaşlı oğlan, 12 və 13 yaşlı iki yeniyetmə var. Beş nəfərin cəsədi hələ tanınmayıb.

İtaliyanın nəqliyyat və infrastruktur nazirinin müavini Edoardo Riksi bəyan edib ki, yol hərəkəti və sakinlər, şirkətlər üçün yaradacağı ciddi problemlərə baxmayaraq, körpü tam söküləcək.

00:48

İtaliyanın Genuya şəhəri yaxınlığında körpünün uçması nəticəsində həlak olanların sayı artıb.

Oxu.Az “Reuters”ə istinadla xəbər verir ki, ölkənin DİN başçısı Matteo Salvini artıq 30 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

Nazir çox sayda yaralının olduğunu da deyib, lakin onların sayını dəqiqləşdirməyib.

Hadisə ilə əlaqədar Genuya meriyası iki günlük (avqustun 15 və 16-sı) matəm elan edib.

14.08.2018. 18.24

Genuyada avtomobil körpüsünün uçması nəticəsində 22 nəfər həlak olub, Reuters İtaliyanın nəqliyyat nazirinin müavini Eduardo Riksiyə istinadən xəbər verir.

Onun sözlərinə görə, yerli rəhbərlik qurbanların sayının artacağını gözləyir.

“Belə bir vacib körpünün... belə bir qəzadan qaçmağa qadir gücdə tikilməməsi yolverilməzdi”, - deyə, Riksi bəyan edib.

O, körpünün mərkəzi hissəsinin uçduğunu bildirib.

17:28

İtaliyanın şimal-qərbində - Genuyada uçan avtomobil körpüsünün dağıntılarının altından sağ qalanlar tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Rai News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, dağıntılar altından yeddi nəfər çıxarılıb. Onları helikopterlə şəhər xəstəxanalarına daşıyıblar.

Qeyd olunur ki, yaralıların bir çoxunun beli sınıb. 

Telekanal İtaliya DİN-dəki mənbələrinə istinadən artıq 11 nəfərin, o cümlədən bir körpənin meyitinin tapıldığını bildirir. 

15:51

İtaliyanın Genuya şəhəri yaxınlığında körpünün uçması nəticəsində onlarla insan vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Rai News 24” telekanalı məlumat yayıb.

Körpü dağılarkən onlarla avtomobilə ziyan dəyib.

Telekanalın məlumatına görə, dağıntılar altında insanlar qalıb. Körpünün uçması qaz borularının zədələnməsi və qaz sızmasına səbəb olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri