15 
Avq
2018
10:08
316
38
6431
Virtual karabakh

Ermənistanda transseksuallar polisə hücum çəkdilər - VİDEO

15 Avq, 2018
10:08
6431

Ermənistanda transseksuallar polisə hücum çəkdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın paytaxtı Yerevanda cinsi azlıqların nümayəndələri mərkəzi polis idarəsinə hücum çəkərək, hüquq-mühafizə orqanlarının iki əməkdaşını döyüblər.

Oxu.Az xəbər verir ki, buna vətəndaşlardan birinin cinsi azlıqların nümayəndəsinə hücum etməsi səbəb olub.

Həmin şəxsi polis saxlayıb.

“Zərərçəkmiş tərəf şübhəli şəxsin mərkəzi polis idarəsinə gətiriləcəyini öyrənib, binanın qarşısında toplaşıb və şübhəlini apararkən, qarşıdurma yaranıb. Möhkəm səsdən qonşu binaların narazı sakinlərinin küçəyə çıxması ilə vəziyyət daha da gərginləşib”, - deyə polisdən bildiriblər.

Polislər toplaşanları sakitləşdirməyə çalışsalar da, “polislərin tolerantlığı lazımi şəkildə qiymətləndirilməyib və ilk baxışdan qadınlar, əslində isə qadın paltarı geyinmiş kişilər və onların tərəfdarları şübhəlini tutmaq üçün idarəyə basqın ediblər.

İki polis əməkdaşına bədən xəsarətləri yetirilib, onlardan biri xəstəxanaya çatdırılıb”, - deyə məlumatda qeyd olunur. 

“Polisi yaralayan şəxslər saxlanılıb”, - Yerevan polisi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri